USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlət başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını deyib. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür edib. Dövlət başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını deyib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə edib.

Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfər etməsindən və Prezident İlham Əliyev ilə yenidən görüşündən şərəf duyduğunu bildirib. Jan-Fransua Mansel Fransa Senatı nümayəndələrinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfələrini vermələri istiqamətində səylərini əsirgəməyəcəyini deyib və bu məqsədlə həyata keçirəcəkləri layihələr və fəaliyyət planları barədə dövlət başçısına məlumat verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!