USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DİM: İyunun 30-da keçiriləcək buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Dövlət İmrahan Mərkəzindən ASAN Radioya verilən xəbərə görə, həmin gün ümumilikdə 57910 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32388, XI sinif üzrə 25522).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır. IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 93 imtahan binası ayrılıb. Həmin gün 32388 (Bakı şəhərində 310, Şəmkirdə 2413, Gədəbəydə 857, Ağstafada 886, Qazaxda 969, Tovuzda 2057 , Qəbələdə 1348, Balakəndə 901, Zaqatalada 1369, Qaxda 610, Yardımlıda 682, Cəlilabadda 2417, Biləsuvarda 1363, Şirvanda 1033, Salyanda 1396, Neftçalada 728, Hacıqabulda 743, Ağdamda 930, Yevlaxda 1314, Bərdədə 2128, Tərtərdə 857, Ağsuda 728, Zərdabda 615, Şamaxıda 994, Qobustanda 400 , Kürdəmirdə 1308, Qusar 1105, Qubada 1927 ) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 88 imtahan binası ayrılıb. Həmin gün 25522 ( Bakı şəhərində 194, Şəmkirdə 1919, Gədəbəydə 786, Ağstafada 705, Qazaxda 785, Tovuzda 1716 , Qəbələdə 1292, Balakəndə 774, Zaqatalada 1145, Qaxda 504, Yardımlıda 716, Cəlilabadda 1674, Biləsuvarda 990, Şirvanda 710, Salyanda 1130, Neftçalada 643, Hacıqabulda 478, Ağdamda 751, Yevlaxda 1111, Bərdədə 1661, Tərtərdə 662, Ağsuda 614, Zərdabda 429, Şamaxıda 645, Qobustanda 340, Kürdəmirdə 951, Qusar 935, Qubada 1262) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 238 imtahan rəhbəri, 2805 nəzarətçi-müəllim ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!