USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyev Varşavada Polşanın Baş naziri ilə görüşüb - Yenilənib

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.

ASAN Radio xəbər verir ki, Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd edib, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını deyib.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını deyən Baş nazir bildirib ki, Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar. Baş nazir hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılmasının əlaqələrimizin inkişafında önəmini qeyd edib. Beata Şidlo bildirib ki, regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur. Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulayıb, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd edib.

Baş nazir Beata Şidlo ilə əvvəlki görüşünü xatırlayan Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi, qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edirlər. İkitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını deyib. Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini dedi və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayıb.

Dövlət başçısı ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Polşa arasında nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri iyunun 28-də başa çatıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!