USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi keçiriləcək

Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) iyulun 10-13-də Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi (DTHK) keçirəcək.

ASAN Radionun APA-ya istinadən verdiyi məlumatına görə, assosiasiyanın təsisçilərindən biri və hazırkı prezidenti professor Tomas Noquçi gələn ay Bakıya gələcək. 

Tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin bilik və təcrübələrini bölüşməsi məqsədilə keçirləcək tədbirin açılış mərasimində əsas məruzəçi ABŞ-nın Konnektikut ştatının Elmi mərkəzinin fəxri rəhbəri, dünyanın ən tanınmış ekspertlərindən biri, Ağ Evdə baş verən məhşur hadisələrin tədqiqatçısı professor Henri Li olacaq.

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin akademikləri, professorları, digər ölkələrin aparıcı universitetlərinin professor-müəllim heyəti 130-dan çox şifahi məruzə və 100-ə yaxın poster təqdimatı edəcəklər.

Konqresin elmi proqramına 275 tezis daxil olunub və iştirak üçün dünyanın 50 ölkəsindən 320-dən çox qonağın qatılması təsdiq olunub. 

23-cü DTHK ayrıca elm sahəsi üzrə Bakıda Dünya Konqresi səviyyəsində keçirilən ilk beynəlxalq elmi tədbirdir.

Konqresin əsas mövzusu “Tibbi Hüquq, Bioetika və Multikulturalizm”dir. Əsas mövzunun 4 alt-mövzusu da var. Bunlara Tibbi hüquq və bioetika sahəsində təhsil, Bioetika, din və multikulturalizm, Ətraf mühit və tibbi hüquq və XXI əsrdə tibbi hüququn və məhkəmə təbabətinin perspektivləri daxildir.

Bakı konqresi DTHA üçün tarixi əhəmiyyət kəsb edir. Çünki tədbir assosiasiyanın 50-illik Qızıl Yubiley konqresidir və yarıməsrlik tarixində bu təşkilat postsovet məkanda, Şərqlə Qərbin, Cənubla Şimalın birləşdiyi Avrasiyanın mərkəzində konqresini ilk dəfədir keçirir.

Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya “WAML 50th GOLDEN ANNIVERSARY AWARD” təltifi və DTHA-nın Fəxri Diplomu təqdim olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!