USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb

21 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib. 

ASAN Radio məlumat verir ki, tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb və 2016-2017-ci illər üzrə 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının seçilən 412 dövlət xidməti qiymətləndirilib. 

Ülvi Mehdiyev həmçinin qeyd edib ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır. 

Daha sonra Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova tədbir iştirakçılarına “ASAN xidmət indeksi” üzrə təqdimat edib. İlhamə Qədimova iştirakçılara "ASAN xidmət indeksi" altsistemi, qiymətləndirmə mexanizimi, görülən işlər, qiymətləndirilmiş dövlət xidmətləri və yekun nəticələr barəsində ətraflı məlumat verib.

Çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki,  dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə ADA Universiteti Dövlət Agentliyi ilə birgə əməkdaşlıq edir və bundan sonra da bu istiqamət üzrə mövcud əməkdaşlıq davam etdiriləcək. 

Sonda isə tədbir sual - cavab hissəsi ilə davam etdirilib. 

Qeyd edək ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və vətəndaşların istifadəsinə verilib.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!