USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABA: Problemli kreditlərin həcmi artır

“Cari ilin ilk 9 ayı ərzində bank aktivlərinin həcmi  təqribən 17% azalaraq 26,2 mlrd. manat, kredit portfeli təqribən 25% azalaraq 12 mlrd. manat, depozit portfeli isə təqribən 12% azalaraq 19,5 mlrd. manat təşkil edib, qeyri-işlək kreditlərdə artım müşahidə edilib və bu cür kreditlərin portfeldə payı, kapitalın həcmi artıb”.

 

ASAN Radionun məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

 

Onun sözlərinə görə, neqativ meyllərə baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən görülən tədbirlər nəticəsində bankların kapitallaşması prosesi davam edib, il ərzində bank sektorunun kapitalı təqribən 24% artaraq 3 mlrd. manatı ötüb: “İqtisadiyyatda müşahidə edilən bərpa prosesləri, qeyri-işlək kreditlər üzrə yığımların davam etməsi, eyni zamanda nağdsız ödənişlərin genişlənməsi bankların gəlir generasiyasına müsbət təsir edib, həmçinin Mərkəzi Bankın faiz siyasəti və dövlət qiymətli kağızları üzrə gəlirliliyin yüksək olması prosesi dəstəkləyib, nəticədə cari ilin doqquz ayı ərzində sektor üzrə təqribən 480 mln. manat məbləğində xalis mənfəət əldə edilib”.

 

Z.Nuriyev əlavə edib ki, iqtisadiyyatın xarici balans üzrə mövqeyinin yaxşılaşması və daxili valyuta bazarında vəziyyətin stabilləşməsi həm kreditlər, həm depozitlər, həm də əmanətlər üzrə zəif de-dollarizasiya meylləri ilə müşaiyət olunmaqdadır: “Kreditlər üzrə dollarlaşma 5,3%, depozitlər üzrə 0,7%, əmanətlər üzrə isə 7,9% bəndi azalıb. Hazırda kreditlər üzrə dollarlaşma 42%, depozitlər üzrə 74,6%, əmanətlər üzrə 71,8% təşkil edir. Bütövlükdə iqtisadiyyatda və ayrılıqda onun vacib tərkib hissəsi olan maliyyə-bank sektorunda cari ilin əvvəlindən etibarən müşahidə edilməyə başlayan müsbət meyllər 06 dekabr 2016-cı il tarixli Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanmış  fərmana əsasən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və iqtisadiyyatın prioritet sahələri üzrə “Strateji Yol Xəritələri”nin icrasına başlanması ilə birbaşa bağlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji islahat proqramının icrasının monitorinqi apararaq bu barədə mütəmadi qaydada ictimaiyyəti geniş şəkildə məlumatlandırır. Hesab edirik ki, bütün sahələrdə xüsusi ilə bank-maliyyə sektoru üzrə strateji yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin tam həcmdə və vaxtında yerinə yetirilməsi çox mühüm əhəmiyyət daşıyır. Müxtəlif səbəblərdən bu tədbirlərin nəzərdə tutulmuş vaxtlarda və tam həcmdə icra edilməməsi bəzi problemlərin daha uzun müddətdə qalmasını şərtləndirəcək”.

 

ABA sədri qeyd edib ki, prezident İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi” ilə bağlı bir sıra tədbirlər haqqında fərmanın tətbiqi ilə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaq mümkün olacaq: “Bu məqsədlə yaradılmış “Kredit  Zəmanət Fondu” ASC-nin qarşıdakı illərdə sahibkarların banklardan aldıqları kreditlərə təminat verməklə yanaşı, kreditlərə hesablanan faizlərin də bir hissəsinə subsidiya verilməsini təmin edəcək. Qəbul edilmiş bütün bu fundamental qərarlar və onların vaxtında və tam həcmdə icrası qarşıdakı dövrdə həm maliyyə-bank sisteminin, həm də sahibkarlığın inkişafına mühüm təkan verəcək. 2 may 2017-ci il tarixli “Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi həm sahibkarlara, həm də banklara qarşıdakı illərdə yeni girov və kreditləşmə mexanizmlərini işə salmağa imkan verəcək”.

 

Z.Nuriyev vurğulayıb ki, bu dövr ərzində Azərbaycan Banklar Assosiasiyası da gedən proseslərdə aktiv şəkildə qoşulub, “Daşınar əmlakın yüklülüyü haqqında" qanunun, “Nağdsız hesablaşmalar haqqında" qanunun qəbulu və tətbiqi məsələləri, digər mühüm qanunların və normativ-hüquqi aktların hazırlanmasında və tətbiqi məsələlərinin müzakirəsində fəal iştirak edib, Assosiasiyanın nəzdində fəaliyyət göstərən ekspert qrupları aidiyyatı qurumlarla sıx və səmərəli şəkildə işləyib.

 

“Eyni zamanda müştərilərlə banklar arasında gərginliyin azaldılması və fikir ayrılıqlarının məhkəməyə getmədən ikitərəfli razılaşma əsasında həlli məqsədilə, beynəlxalq praktikaya uyğun olaraq, ABA-nın nəzdində Bank Ombudsmanı yaradılıb, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən ay ABA-nın təşəbbüsü və təşkilatçılığı, Mərkəzi-Şərqi Avropa və MDB ölkələrinin bank ombudsmanlarının iştirakı ilə Bakıda beynəlxalq tədbir keçirilib. Bununla yanaşı, assosiasiya tərəfindən hazırda bütün dünyada aktual olan maliyyə-bank sektorunda kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq İT konfrans keçirilmiş, banklarda İT sahəsində çalışan yerli mütəxəssislərlə müxtəlif ölkələrdən gəlmiş ekspertlər arasında səmərəli fikir və təcrübə mübadiləsi aparılıb. Həmçinin ABA tərəfindən il ərzində müxtəlif mövzulara həsr edilmiş çoxsaylı görüş və dəyirmi masalar təşkil edilib”, - deyə Z.Nuriyev vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!