USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsinə start verilir!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, İmprotex Motors, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Garden Shop-un təşkilati dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi Səkinə Həsənovanın  “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsinə start verilir!

Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 200 AZN, II yer – 150 AZN, III yer – 100 AZN).

“Yaşıl sərgi” rəsm sərgi-müsabiqəsinin məqsədi

- Müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq

- Gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etmək.

Müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin foto şəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.

Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.

Müsabiqənin şərtləri:

16-29 yaş arası

1. Müsabiqəyə mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

2. Rəsmlər A3 və A4 formatında olmalıdır. Material – kətan, kağız, karton ağac, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika.

3. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.

4. Rəsm işləri ekspozisiya üçün asılmağa hazır vəziyyətdə, çərçivədə təqdim olunmalıdırlar.

5. Rəsmin arxa tərəfində işin adı, işləndiyi texnika, müəllifin adı, familiyası, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

6. Müsabiqə iştirak etmək istəyənlər 12 yanvar 2018-ci il tarixindən gec olmayaraq rəsm işlərinin foto şəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərəməlidirlər.(Göndərdikdən sonra mütəmadi olaraq elektron poçt ünvanınızı yoxlayın)

Tel: (+994)124447444 (+994) 704080009 www.asanschool.az

Sərginin açılış mərasimi 18 yanvar 2018-ci il tarixində, saat 18:00 -da baş tutacaq.

Sərginin hazırlığı və işi prosesinə gənc rəssamların incəsənətini Azərbaycanda təbliğ etmək məqsədilə 150 könüllü cəlb olunacaq.

Müsabiqənin yekunu

1. Sərgidə 100 ən yaxşı rəsm əsəri sərgiləcənək və əlavə olaraq Respublikada yerləşən bütün “ASAN xidmət” mərkəzlərində sərgi turu təşkil olunacaq

2. Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 200 AZN, II yer – 150 ZN, III yer – 100 AZN).

3. Sərginin bütün iştirakçılarına Azərbaycan Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!