21/01/2018 12:15

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0849 0.0301 0.4512


Rəsmi

Prezident: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”


10.01.2018   18:11


“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

ASAN Radionun xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapıb.

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır".




Xəbər lenti

20 Yanvar
19 Yanvar











ASAN Radio telefonunuzda
Facebook