USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dini Komitədə 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Yanvarın 11-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri  iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O qeyd edib ki, dövlət başçımız nitqində ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım adlandırıb və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli” nin İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanın İslam dünyasında gedən proseslərdə öz mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini qeyd edib.

Hesabat dövründə dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olduğunu bildirən Dövlət Komitəsinin sədri ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK –nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasına da diqqət çəkib. Fondun yaradılması haqqında müvafiq Fərmanın imzalamasının, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadının göstəricisi olduğunu deyib.

Müşavirədə daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun illik hesabatı dinlənilib. Ə.Zülfüqarov məruzəsinə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verməklə başlayıb.

Bildirib ki, Dövlət Komitəsi  ayrıca və müxtəlif təşkilatlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.

Hesabat dövründə İslam həmrəyliyinin mahiyyətini özündə ehtiva edən 20-ə yaxın mövzuda 15-i Bakıda olmaqla respublikanın bütün bölgələrində 240-dan artıq tədbir təşkil olunub.

 “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 25 regional konfrans, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 27 seminar-müşavirə baş tutub.

Habelə 4-6 may tarixlərində Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində DQİDK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda Dinlərarası Harmoniya” adlı panel və “Azərbaycan-İslam Mədəniyyətinin İncisi” adlı foto-sərgi keçirilib.

Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi hesabat dövründə ölkədə vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, vəhdət, həmrəylik prinsiplərinin təbliği, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyətini davam etdirib. Qeyd olunub ki, son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur. Bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür. Ə.Zülfüqarov hesabat dövründə dini təhsil sahəsində müsbət irəliləyişə nail olunduğunu, 10 İslam Kollecinin  Dövlət Komitəsində qeydiyyata alındığını,  hazırda fəaliyyət göstərən Quran kurslarının qanunauyğun yaradılması və fəaliyyət göstərməsini araşdırmaq üçün müvafiq komissiya yaradıldığını, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün Tədris Planı hazırlanaraq təsdiq edildiyini bildirib.

2017-ci ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini deyən şöbə müdiri onların ümumi sayının 793-ə çatdığını qeyd edib. Bildirib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür.

O, dövlət qeydiyyatına alınmış 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edildiyini, 19 dini qurumun ləğv edilməsi barədə məlumatın Dini qurumların dövlət reyestrinə daxil edildiyini, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığını vurğulayıb.

DQİDK – nın şöbə müdiri ölkə xaricindən qaynaqlanan müəyyən radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan təriqətlərin dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı işlər görüldüyünü bildirib. Qeyd edib ki, hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. Bildirib ki, maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olunub.

Eyni zamanda, ötən ildə Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80-dən çox dini təyinatlı çap məhsulları nəşr edilib.

Ə.Zülfüqarov 2016-cı ildə olduğu kimi 2017-ci ildə də Dövlət Komitəsi maarifləndirici xarakterli sənədli filmlərin çəkilməsi işinə diqqət ayırdığını qeyd edib. Dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv mahiyyət daşıyan, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verə biləcək “Şəhadət” filminin ölkənin bütün rayon və bölgələrində geniş auditoriyaya təqdim edildiyini vurğulayıb. Eləcə də “Vəhdət” və “Üfüqdəki gələcək” adlı sənədli filmlərin çəkilişinin yekunlaşmaq üzrə olduğunu deyib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini təhlükəsizlik məqamlarına toxunub. S.Heydərov dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!