USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zaxarova: ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında açıqlaması tam cəfəngiyyatdır

ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında açıqlaması tam cəfəngiyyatdır. Bunu o şəxslər deyə bilərdi ki, bu ölkədə olmayıblar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə günü bu sözləri keçirdiyi brifinqdə Azərbaycanın və Rusiyanın ABŞ vətəndaşlarının səfər etməsi tövsiyə olunmayan ölkələr siyahısına daxil olunmasını şərh edərək söyləyib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, M.Zaxarova Azərbaycanın istər idman, istərsə də mədəniyyət sahəsində beynəlxalq miqyaslı tədbirləri çox uğurla keçirməsini qeyd edib. O deyib: “Görünür, bizim qərbli tərəfdaşlarımız elə hesab edirlər ki, bizi həmişə “tonusda” saxlamaq lazımdır. Onların fikrincə, nəyəsə nail ola bilən, o cümlədən turizm sahəsində uğur qazanan, qonaqpərvər ölkələr unutmamalıdırlar ki, təbliğat vasitəsilə, uydurma materiallar vasitəsilə müəyyən təhlükə obrazı yaratmaq həmişə mümkündür. Bunu o adamlar yaza bilərdi ki, heç vaxt Bakıda olmayıblar. Mən dəfələrlə, həm də böyük məmnuniyyətlə Azərbaycanda, Bakıda olmuş, onun tarixi mərkəzini, restoranlarını, muzeylərini görmüş, orada çoxlu dostları olan bir insan kimi tam səmimiyyətlə deyə bilərəm ki, turistlərin Azərbaycana getmələrini məsləhət görməmək sadəcə cəfəngiyyatdır. Bunu yalnız o adamlar deyə bilər ki, onların Azərbaycan barədə təsəvvürləri yoxdur, bu ölkənin mədəniyyəti, onun siyasi reallıqları haqqında heç nə bilmirlər. Ümumiyyətlə, mən həmin adamların Azərbaycanı xəritədə göstərə biləcəklərinə şübhə edirəm”.

M.Zaxarova vurğulayıb ki, ABŞ Dövlət Departamentinin yanvarın 10-da dərc edilmiş tövsiyələri ciddi anlaşılmazlıq doğurur. Həmin tövsiyələrdə Rusiya elə bir ölkə kimi qələmə verilir ki, guya oraya getməmək yaxşıdır, çünki “orada təhlükəsizlik baxımından ciddi risklər var, vəziyyət hər an dəyişə bilər”.

RF XİN-in rəsmi nümayəndəsi deyib: “Onların nəyi nəzərdə tutduqlarını anlamaq mümkün deyil. Heç bir əsası olmayan bu cür bəyanatların məqsədi ABŞ-da antirusiya isteriyasına növbəti təkan vermək, amerikalılar arasında Rusiyaya qarşı əsl heyvani qorxu hissi yaymaqdır”. O, ABŞ Dövlət Departamentinin bu yaxınlarda dəhşətli terror aktları törədilmiş Böyük Britaniya, Fransa, İspaniya və Belçikanı daha təhlükəsiz ölkələr hesab etməsini “tam absurd” adlandırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!