20/10/2018 06:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Dövlət qurumları

175 nömrəli marşrut xətti üzrə “BakuBus” avtobusları fəaliyyətə başlayıb - Audio


13.01.2018   12:12


175 nömrəli marşrut xətti üzrə “BakuBus” avtobusları fəaliyyətə başlayıb.

ASAN Radioya bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, yanvarın 13-dən 175 nömrəli marşrut xətti üzrə “BakuBus” MMC-nin avtobusları sərnişinlərə xidmət göstərir. Avtobuslar Elman Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edirlər.

M.Piriyevin sözlərinə görə, sərnişinlərlə ünsiyyət zamanı onlar yeni avtobusların istifadəyə verilməsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şosesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb. Qəza nəticəsində 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 175 nömrəli marşrut xətti üzrə daşıyıcının ciddi nöqsanlara yol verməsi səbəbindən Bakı Nəqliyyat Agentliyi müvəqqəti istismara dair müqaviləyə xitam verib. Marşrut xətti “BakuBus” MMC-yə həvalə olunub.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook