USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: "ASAN xidmət" həm İsveçrədə, həm də digər beynəlxalq səviyyələrdə çox bəyənilir - Audio

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ASAN Radioda qonaq olub, radionun fəaliyyəti ilə maraqlanıb. Səfir Ştalder ASAN Radioya müsahibə verib. O Azərbaycan- İsveçrə əlaqələrindən danışıb, Azərbaycan brendi sayılan "ASAN xidmət"lə bağlı fikirlərini bölüşüb:

"ASAN xidmət" çox gözəl bir təşəbbüsdür. Hesab edirəm ki, artıq beynəlxalq aləmdə də çox böyük rəğbət qazanmış xidmətdir. Mən artıq üçüncü dəfədir ki, "ASAN xidmət"də oluram. Bilirəm ki, həm İsveçrədə, həm də digər beynəlxalq səviyyələrdə bu xidmət çox bəyənilir. İsveçrədə buna oxşar bir xidmət var, amma tam olaraq bənzəmir. İnanıram ki, Azərbaycan bu xidmətlə çox böyük üstünlüyə malikdir. Təbii ki, Azərbaycan bu xidməti həm İsveçrəyə, həm də digər Qərb ölkələrinə ötürə bilər.

Səs yazısını buradan dinləyə bilərsiniz:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!