USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: "Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmaq istəyirik"

“Azərbaycan hər bir regional məsələdə Türkiyənin yanındadır və iki qardaş ölkə arasındakı bu əməkdaşlıq unikaldır”.

ASAN Radionun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim “Daily Sabah” nəşrinə müsahibəsində deyib.

Dünyada belə bir sıx əməkdaşlıq nümunəsi olmadığını deyən səfir X. İbrahim bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində də həmişə Azərbaycana dəstək verir və bu məsələ ilə bağlı  aydın bir mövqeyə malikdir.

Onun sözlərinə görə, Türkiyə bu münaqişənin BMT qətnamələrinə əsasən ədalətli həllini dəstəkləyir: “Türkiyə bu siyasətini hər yerdə fəal şəkildə həyata keçirir. Türkiyə məsul beynəlxalq oyunçu kimi böyük rol oynayır”.

Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın mövcud potensialı tam əks etdirmədiyini vurğulayan səfir deyib ki, Azərbaycandan Türkiyəyə gedənlərin sayı çox olsa da, Türkiyədən Azərbaycana gələnlərin sayı azdır: “Biz Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi və Azərbaycan musiqisi, mədəniyyəti və tarixindən zövq almaları üçün çox şeylər etməliyik”.

Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı ticarət dövriyyəsi gözləntilərə cavab vermir: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollardır. Əsas hədəfimiz tez bir zamanda bu rəqəmin 5 milyard dollara çatdırılmasını təmin etməkdir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!