USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Mayın 21-dən 23-dək Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

BDU-dan ASAN Radioya bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunacaq konfransda tarix, dil, ədəbiyyat, beynəlxalq münasibətlər, sosiologiya, regionşünaslıq və digər humanitar, ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılacaq. Belə ki, tədbirdə “Azərbaycan dövlətçiliyi tarixi: cümhuriyyətə gedən yol”, “XIX əsrin sonu-XX əsrin əvvəllərində milli oyanış gələcək müstəqilliyin əsası kimi”, “Azərbaycançı məfkurə milli dövlət quruculuğunun əsası kimi”, “BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi” və digər mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Konfransa panel və fərdi məruzə tezisləri qəbul edilir.

Tezislər fevralın 28-dək qəbul olunacaq. Tezisləri qəbul edilən təqdimatçılar tələb olunan həcmdə məruzə mətni hazırlamalı və mayın 10-dək konfransın elektron ünvanına - [email protected] göndərməlidirlər. Məruzələr konfransdan sonra “Tarix və onun problemləri” jurnalının AXC-nin 100 illiyinə həsr edilmiş nömrəsində çap olunacaq. Məqalə üçün qoyulan tələblərlə http://publish.bsu.edu.az/az/content/tarix_ve_onun_problemleri_jurnali_illerle linkində tanış olmaq mümkündür.

Konfransda iştirak ödənişsizdir.

Ətraflı məlumatı BDU-nun rəsmi saytında əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!