USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-da bir sıra xəstəliklərdən əziyyət çəkən 21 yaşlı hamilə qadın əməliyyat edilib

ASAN Radio xəbər verir ki, Azərbaycan Tibb Universitetində (ATU) bir sıra xəstəliklərdən əziyyət çəkən 21 yaşlı hamilə qadın üzərində əməliyyat uğurla icra edilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, qadın ilk dəfə klinikaya 2015-ci ildə müraciət edib. O, 14 yaşından (ilk  aybaşıdan) başlayaraq, aybaşı gecikmələri (2-3 aydan bir), kişi tipli tüklənmə, saç tökülməsi, dərinin yağlanması, o cümlədən, çəki artıqlığı, halsızlıq, əzginlik, yorğunluq, yuxusuzluq, ağlağanlıq, əsəbilik, qəbizlikdən əziyyət çəkdiyini bildirib: “Qeyd edim ki, qadın 15 yaşında sağ yumurtalığın sistinə görə, 2015-ci ildə isə qalxanabənzər vəzinin çoxsaylı düyünlü uruna (zobuna) görə total strumektomiya (qalxanabənzər vəzinin çıxarılması) əməliyyatı olunub. Əməliyyatdan sonra hormonal müalicə alsa da, şikayətləri keçməyib. Xəstənin şikayətlərinə uyğun klinik-laborator, hormonal və instrumental müayinələr aparılıb. Analizlərin nəticələrini tədqiq edərkən, qanda tireoidstimuləedici hormon və prolaktinin həddən ziyadə yüksək olması, insulinrezistentlik, qonadotrop hormonların aşağı olması aşkar edilib. Qadın hipofizin MRT müayinəsinə göndərilib və hipofizin makroadenoması aşkar edilib (şişin ölçüsü 9x-14x-17mm)”. 

Mama-ginekoloq deyir ki, neyrocərrah, oftalmoloqla məsləhətdən sonra qadına müalicə təyin edilib. 1 il sonra təkrar aparılan MRT müayinəsində makroadenoma aşkar edilməyib. Bu müddət ərzində qadının çəkisi azalıb, hormonal göstəricilər normallaşıb: “Qadının arzusunu nəzərə alaraq hamiləlik planlaşdırılıb. Histerosalpinqoqrafiyada ikitərəfli boru keçməməzliyi aşkar edilib, qadın infeksiyalara görə müayinə olunub və genital vərəmi istisna etmək üçün qadın ftiziatra göndərilib. Genital vərəm aşkar edildiyinə görə, müalicə təyin edilib. Müalicədən sonra qadında uşaqlıqdankənar boru hamiləliyi baş verdiyindən sağtərəfli tubektomiya əməliyyatı icra edilib”. 

Həkimin sözlərinə görə, qadına yenidən müalicə təyin edilib, hormonal balans nizamlanıb, nəhayət, o, 2017-ci ilin mart ayinda hamilə qalıb: “Qadının keçirdiyi xəstəliklər hamiləliyin gedişinə təsirsiz ötüşməyib, hamiləlik 35-36-cı həftəsində dölün bətndaxili inkişaf ləngiməsi, Doppler göstəricilərinin dəyişməsinə görə kesar kəsiyi əməliyyatı ilə sonlandırılıb. Hamiləlik uğurla başa çatıb, ana və övladı kafi vəziyyətdə evə yazılıb”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!