USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
FİFA-dan selfi çubuğu qadağası

FİFA yayda Rusiyada keçiriləcək dünya çempionatında azarkeşlərin davranış qaydalarını müəyyənləşdirib. ASAN Radio Apasport.az saytına istinadən xəbər verir ki, futbolsevərlərə mundial müddətində tribunaya 50 əşya aparmaqla bağlı qadağa qoyulub.

Onların sırasına alkoqol, silah, pirotexniki vasitə və digər əşyalarla yanaşı selfi çubuğu da aiddi. Belə ki, ali futbol qurumu tribunalarda dava düşəcəyi təqdirdə, azarkeşlərin bu alətdən soyuq silah kimi istifadə edə biləcəyini düşünür. Fanatlar tütək və digər musiqi alətlərini də özləri ilə oyunlara aparmaq hüququndan məhrum olublar.

Azarkeşlər stadionlarin girişində stüartlar tərəfindən yoxlanılacaqlar.

Qeyd edək ki, FİFA DÇ-2018-də milli komandalarının ilkin iştirak ərizəsindəki oyunçu sayının 30-dan 35-ə artırılmasına da qərar verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!