USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Sabirabad sakini ovlandığı 251 ədəd qaşqaldaq və ördəklə saxlanıldı Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək
Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilib

“Coca-Cola” və AFFA futbol üzrə dünya çempionatının kubokunu fevralın 9-da Azərbaycana gətirib.

ASAN Radio xəbər verir ki, şirkət dünya çempionatının kubokunu dördüncü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə göstərmək üçün Bakıya gətirib.

Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından “Hilton” otelinə aparılıb. Mətbuat konfransının ardından şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün kubok “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq.

Ötən ilin sentyabrında Rusiyada start götürən tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min kilometr məsafə qət edən kubok səyahətini futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.

Qeyd edək ki, dünya kubokunun əsli mundialın qalibi olan komandaya təqdim olunsa da, FIFA-nın sərəncamında qalır. Qızıldan hazırlanmış 6,142 kiloqram ağırlığında olan kubokun kompozisiyası Yer Kürəsini əlləri üzərində saxlayan iki insan fiqurundan ibarətdir. Kubokun orijinal dizaynı 1974-cü ildə yaradılıb. Kubok dünyada ən məşhur və bahalı idman rəmzlərindən biridir. Ona yalnız mükafatın keçmiş qalibləri və dövlət başçıları olmaqla məhdud sayda insan toxuna bilər. Qaydalara əsasən, mükafat FIFA-nın sərəncamında qalır və dünya kubokunun qalib komandası mükafatın əslini müvəqqəti olaraq saxlayır, sonra isə onun replikasını alır. Həmin replika dünya kubokunun qaliblərinin mükafatı adlanır. Qızıl suyuna salınan mükafatın üzərində turnirin adı, çempionatı qəbul edən və qalib ölkələr haqqında məlumat həkk olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio