USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Sabirabad sakini ovlandığı 251 ədəd qaşqaldaq və ördəklə saxlanıldı Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək
Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib

Fevralın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Bu barədə ASAN Radioya Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

İclası açan komitə sədri Eldar İbrahimov gündəliyə daxil edilən məsələlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında” qanun layihələrində edilən dəyişikliklər “Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların bəzi səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlı aparılıb. 

Bildirilib ki, ölkə başçısının müvafiq fərmanının tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir. Sənədlərdə edilən dəyişikliklərdə “Tarladan süfrəyə” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərinə baytarlıq, fitosanitar və sanitariya nəzarəti və tənzimləmə funksiyalarını (idxal və ixrac da daxil olmaqla) Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.

İclasda bildirilib ki, Dövlət Sanitariya Epidemioloji Xidmətinin Azərbaycan ərazisində sağlamlıq üçün təhlükəli yeyinti məhsullarının sanitariya mühafizəsi vəzifəsi də ləğv edilir və bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti qida zəncirinin bütün mərhələlərində artıq yeyinti məhsullarını əhatə etməyəcək. 

Millət vəkilləri Eldar Quliyev, Cavanşir Paşazadə, Tahir Süleymanov, Novruz Aslan, Hüseynbala Mirələmov, Elçin Quliyev, Aydın Hüseynov, İqbal Məmmədov qanun layihələrində edilən dəyişikliklərin zəruri olduğunu, sənədlərin əhatə etdiyi dairələrdə xidmətlərin insan həyatı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildiriblər.

Kommunikasiya və informasiya texnologiyaları şöbəsi bildirir ki, Qanunda təklif olunan dəyişikliklər qəbul olunduqdan sonra heyvan və bitki sağlamlığı xidmətlərini Kənd Təsərrüfatı Nazirliyinin, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində nəzarət və tənzimləmə funksiyalarını isə Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirməsi nəzərdə tutulur.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli millət vəkillərini maraqlandıran suallara cavab verib. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio