USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan və Gürcüstan parlamentlərinin iki komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisinin gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov fevralın 13-də Tbilisidə Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə görüşüb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri, müvafiq komitələri, eləcə də gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, gənclər təşkilatları arasında əlaqələrin inkişafı ölkələrimizin münasibətlərinin bütün sahələr üzrə inkişafında faydalı olacaq.

Fuad Muradov deyib ki, Gürcüstan Azərbaycan üçün yaxın dost, qardaş ölkədir. Rəsmi Bakı Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Parlament də əlaqələrimizin hərtərəfli inkişafına dəstək verməyə hazırdır. F.Muradov, həmçinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, qanunvericilik bazası barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iki komitə arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Milli Məclisin deputatları Rövşən Rzayev və Muxtar Babayev görüşdə iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!