UEFA Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.
ASAN Radio AFFA-nın saytına istinadla xəbər verir ki, həftənin sonunadək davam edəcək səfər çərçivəsində qitənin ali futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra aidiyyəti infrastruktur obyektlərinə baxış keçirəcəklər.
Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədov ilə UEFA nümayəndələri arasında görüşdə final matçına hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!