USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yol Polisi əhali ilə görüşlər keçirir 

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ölkənin magistral yollarına yaxın ərazilərdə yaşayan vətəndaşlarla görüşlər keçirilir.

DİN mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, insan tələfatı ilə nəticələnə biləcək ağır yol qəzalarının qarşısının alınması məqsədilə keçirilən tədbirlərdə BDYPİ əməkdaşları hərəkət iştirakçıları, xüsusilə piyadalarla, mal-qara ötürənlərlə, kənd təsərrüfatı texnikalarından istifadə edənlərlə və yol kənarlarında ticarətlə məşğul olanlarla izahedici söhbətlər aparıblar. 

Təhlükəsizliyin təmin edilməsi ilə bağlı əhali arasında təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan belə tədbirlər artıq respublikanın Gəncə, Şəki, Balakən, İsmayıllı, Qəbələ, Salyan şəhər və rayonlarında keçirilib. 

Görüşlərdə baş vermis yol nəqliyyat hadisələrinin geniş və hərtərəfli təhlilinin aparıldığı, hadisələrin baş vermə səbəbləri və onların aradan qaldırılması yollarının müzakirə edildiyi, baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. 

Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyən edilmiş yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalı, vətəndaşlar ailədə, məktəbdə, iş yerlərində bununla bağlı fərdi söhbətlər aparmalıdırlar.  

Mal-qaranın nəzarətsiz olaraq yola çıxmasına görə birbaşa onların sahiblərinin  məsuliyyət daşıdığı izah edilib, yol kənarlarında hər hansı ticarətlə məşğul olmaqla həm sağlamlıqlarını, həm də satdıqları əmlakı təhlükə altına qoymaları bir daha onların diqqətinə çatdırılıb. 

Görüşlərdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb, həmçinin çıxış edən sakinlərin təklifləri BDYPİ rəhbərliyinə də təqdim edilib. 

İctimaiyyət nümayəndələri görüşlərin təşkil olunmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.

Qeyd edək ki, belə görüşlər respublikanın digər bölgələrində də keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!