USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb Rəşad Sadıqov istefaya göndərildi
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib

Təzəpir məscidində görkəmli Azərbaycan ədibi, yazıçı-dramaturq Cəfər Cabbarlının qızı, “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri, Prezident təqaüdçüsü, uzun illər ədibin ev-muzeyinin direktoru vəzifəsində çalışmış Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, elm, ədəbiyyat və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edilib ki, 1930-cu ildə anadan olan G.Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Vurğulanıb ki, görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzeydə mütəmadi keçirilən ədəbi-bədii gecələrin, elmi konfransların təşkilində, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülarə xanımın böyük zəhməti olub. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülarə Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunub.

Cəfər Cabbarlının ev – muzeyinin direktoru, Gülarə xanımın qızı Qəmər Bağırova anasının xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Vida mərasimindən sonra G.Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio