USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Sabirabad sakini ovlandığı 251 ədəd qaşqaldaq və ördəklə saxlanıldı Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək
AMEA kollektivi prezident seçkiləri ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

ASAN Radio xəbərinə görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov elm sahəsində aparılan islahatlardan danışıb.

Akademik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. T. Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə isə bildirib ki, Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb: "Prezident İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov hər bir Azərbaycan gəncini Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

Toplantı çıxışlarla davam etdirilib.

Sonda bu il keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib. Bəyanatda qeyd olunub ki, elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio