USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb Rəşad Sadıqov istefaya göndərildi
Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq

Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq.

ASAN Radio xəbər verir ki, bu barədə fevralın 14-də BMT-nin İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə keçirilən “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” (MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai deyib.

“Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və ötən müddətdə bu sahədə mühüm işlər görüb. Azərbaycan Könüllü Milli Hesabatını BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edən ilk ölkələrdən biridir. Ötən dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə dair müxtəlif müzakirələr aparılıb. Azərbaycan hökuməti bununla bağlı bir sıra tədbirlər görüb. Dayanıqlı İnkişaf Məqsədləri mühüm bir platformadır. Biz bu platformanı genişləndirməkdə maraqlıyıq ki, irəliyə doğru gedək. Sentyabrda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə konfrans keçiriləcək. Bundan başqa, BMT-nin “Bakı prinsipi”ni qəbul etmişik. Bu sənəd BMT ilə Azərbaycan münasibətlərinin əsasını təşkil edəcək. Bu sənədlə gündəlikdə duran işlərin icrasına nail ola biləcəyik”, - deyə o bildirib.

Dayanıqlı İnkişaf Məqsədlərinin önəmindən danışan Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycan BMT-nin yeni təşəbbüsünə də qoşulub: “Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair “Bakı prinsipləri” layihəsinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək konfransda qəbul edilməsi gözlənilir. Ölkəmiz “Bakı prinsipləri”nin qəbulunda maraqlıdır: “Biz bu barədə müzakirələr aparmışıq və qərara alınıb ki, “Bakı prinsipləri” qəbul olunsun. Bundan sonra dünyada qəbul edilən daha təkmil sənədin qəbuluna nail olacağıq”.

“Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb. Azərbaycan çox az ölkələrdəndir ki, yoxsulluğun 10 dəfə azalmasına nail olub. Burada ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət öz rolunu oynayıb. 2003-cü illə müqayisədə hazırda ölkədə işsizlik faizi aşağı düşüb”, - deyə nazir müavini əlavə edib.

Seminarda Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio