USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikini şərh edib.

H.Hacıyev ASAN Radioya açıqlamasında bildirib ki, Ermənistan prezidentinin sözügedən təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız insanların terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsi Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut edir: "Terrorçu Monte Melkonyanla birlikdə səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim edir.

Özü-özünü və erməni xalqını aldatmaq əvəzinə, Ermənistanın hərbi diktatura rejimi Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi və Azərbaycan ərazilərinin hərbi işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir.  Belə ki,

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub;

- Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub;

- Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayacaq;

- ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbuledilməz və qeyri-davamlı hesab edir və onun dəyişdirilməsini tələb edir. Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur;

- Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları bütün beynəlxalq ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun Aktına əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının birgə yaşayışını nəzərdə tutur;

- Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, həmçinin Ermənistanda və işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb".

H. Hacıyevin sözlərinə görə, Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycan ərazilərinin işğalına son qoyarsa, bir o qədər də tez regionda davamlı sülh və sabitlik bərqərar olar və Ermənistan əhalisi regional əməkdaşlıq imkanlarından faydalana bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!