USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı olub

Fevralın 22-də Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub.

ASAN Radio xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tamaşadan əvvəl Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri soyqırımı törədiblər. Bu qanlı qırğında 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq əlil olub, 26 uşaq hər iki valideynini itirib.

Sonra tamaşaya baxış olub.

“Badam ağacı çiçəkləyəndə” tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanıb. Tamaşa Xocalıdan didərgin düşmüş sakinlərin xatirələri üzərində qurulub. Qayğısız həyat yaşayan xocalılar bir gecədə vəhşicəsinə qətlə yetirilirlər, erməni silahlıları tərəfindən əsl soyqırımına məruz qalırlar.

Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tərəfindən ərsəyə gətirilib. “Badam ağacı çiçəkləyəndə” tamaşasında Gənc Tamaşaçılar Teatrının aktyor heyəti ilə yanaşı, kütləvi səhnələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri də yer alıblar.

Tamaşanın “Badam ağacı çiçəkləyəndə” adlandırılması heç də təsadüfi deyil. Çünki badam ağacı çiçəkləməyə başlayan ilk ağacdır. “Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskənlərindən olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir.

Rejissor Gülnar Hacıyevanın quruluş verdiyi tamaşada əsas obrazları aktyorlar Kərəm Hadızadə, Zemfira Əbdülsəməd, Mirzağa Mirzəyev, Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova, Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və Manaf Dadaşov canlandırıblar.

Tamaşa başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aktyorlarla görüşüb qısa söhbət edib.

Sonda xatirə şəkli çəkdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!