USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XXI əsr ART STUDİO açıq elan edildi

Fəaliyyətinə yeni start vermiş BAŞLA layihəsi sahibkar könüllümüz Fərid Məmmədov və onun komandasının üzvlərinin XXI əsr Art Studiosunda olub və onlarla gələcək planları barədə danışıb.

Yenilik axtarışında olan və fərqli mühitdə özünü sınamaq istəyən hərkəs üçün XXI ƏSR ART STUDİO qapılarını açıq elan edir. Bu barədə ASAN Kadr xəbər verir.

Həftənin hər günü bütün yaş təbəqələrinin nümayəndələri üçün öz xidmətlərini təklif edən bu studioda peşakar müəllimlər sizin yaradıcılıq bələdçiniz olacaq.

- Fərid səni, Nuranə və Güləri əməkdaşlığınız və studionun açılışı münasibəti ilə təbrik edirik!

Nuranə Məmmədova (solda), Gülər Mustafa (ortada), Fərid Məmmədov (solda)

Bizi ən çox maraqlandıran sual bu ideya necə yarandı?

N.M.: Bu studiyanın yaranma ideyası keçmişə və dostluğa bağlıdır. Fərid hələ təhsil almağa davam etməsinə baxmayaraq Gülər və mən ali təhsil müəssəsindən məzun olmuşuq və iş təcrübəsinə yiyələnmiş kadrlarıq. Bakalavr dərəcəmi “Filologiya” fakültəsi üzrə Bakı Slavyan Universitetində aldıqdan sonra, magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsində davam etdirmişdim. Magistr dərəcəmi aldıqdan sonra bankda işləməyə başladım.

Artıq orada işlədiyim zaman şəxsi biznesimi açmaq fikir yaranmışdı və Gülər ilə həmişə bu fikri müzakirə edirdik. Bir gün Fərid, Gülər və mən bu işi quracağımıza dair qərar aldıq. Həmin gündən etibarən bütün administrativ işləri öz üzərimə götürməyi, bu sahədə özümü daha təkmilləşdirməyə başladım.

Xüsusi olaraq bunu qeyd etməliyəm ki, bu işin yaranmasının ən böyük səbəbkarı məs Gülər xanım olmuşdur (gülür).

O zaman bu uğur hekayəsinin davamını Gülər xanımla davam etdirək…

G.M.: Rəssamlıq mənim üçün məktəb illəri zamanı bir xobbi idi. Valideynlərim ali təhsilli olmağımı və hüquqşünas olmağımı arzu edirdilər. 2008-ci ildə orta təhsili başa vurduqdan sonra Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinə qəbul oldum. 4 il ərzində rəssamlıqla bağlı araşdırmalarımı, biliklərimin bu sahə üzrə artmasını əsirgəməyirdim və rəsm çəkməyə davam edirdim. Təhsilimi müvəffəqiyyətlə bitirdikdən sonra dövlət qurumunda işə qəbul oldum. İşlədiyim müddət ərzində özümdə müşahidə etdiyim bir xüsusiyyətlə qarşılaşdım, buda bölüşmək istəyi hissi idi. Bir çox rəssamların fəaliyyətini nəzərə alsaq onlar daha çox özlərinə qapanmağı, topladıqları bilikləri gizlətməyi üstünlük verirlər. Mənim istəyim isə tam fərqlidir. Biliyimi ötürmək və bu prosesdə inkişaf etməyi istəyirəm.

Gülər və tələbələrinin işlərinin bir parçası

İşlərim yalnız vitraj rəsmləri ilə yekunlaşmır, həm də gil ilə kuklaların hazırlanması, akvarel, yağlı boya ilə rəsmlər və batik üslubunda çəkilişdə aiddir.

Master Klasslar keçirirsiniz?

G.M.: 3 həftə fəaliyyət göstərməyimizə baxmayaraq artıq iki Master Klass həyəta keçirmişik. Bu master klassların digərlərində fərqliyiyi materialların studiya tərəfindən verilməsidir. Sonuncu görüşdə uşaqlar ilə birlikdə Teddi ayını hazırladıq.

Belə görüşlər hər həftə keçiriləcək və marağı olan hər kəsi gözləyəcəyik.

İşə başlamamızdan əvvəl ən böyük qorxularınız nələr idi?

F.M.: Heçkimin gəlməyəcəyini əminliklə deyə bilərəm (gülür). Lakin mən bacım və Gülərə daima mənəvi dəstək verməyə və komanda ruhunu saxlamağa çalışıram. Burada xüsusən “ASAN xidmət”də aldığım könüllü təcrübəni vurğulamalıyam. 2013-cü ildə Azərbaycan Universitetinin “Biznesin idarəolunması” fakültəsinə qəbul olduqdan sonra 1 saylı “ASAN xidmət” mərkəzinə könüllü olmağa müraciət etdim. Könüllü olduğum müddət ərzində komanda işini, vaxtın idarəolunmasını, məhsuldar işin necə olduğunu, vətəndaşlara xidmətin əsaslarını öyrəndim. Hazırda bu biliklər mənə işimdə kömək olur.

Heçkimin gəlməyəcəyini dediniz, bu gözlənti özünü doğrultdu?

N.M.: Xeyr! Elanlarımızı sosial şəbəkələr vasitəsilə verdikdən sonra müştəri bazamız formalaşmağa başladı. Artıq hər bir qrupda 10-dan çox tələbəmiz var.

Gələcəkdə əsas məqsədlərimiz:

tələbələrimizi sayını artırmaq; şəbəkəmizin genişləndirmək; xidmətlərimizin sayını və keyfiyyətini artırmaqdır!

 

BAŞLA və bütün ASAN ailəsi olaraq sizə bu məqsədinizə nail olmaqda uğurlar arzu edirik!

__________________

XXI Əsr Art Studio

 

Ünvan: Süleyman Rəhimov küç. 179 A, Avenue Veraj Biznes Mərkəzinin 4-cü mərtəbəsi

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!