USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb Rəşad Sadıqov istefaya göndərildi
Sumqayıt "ASAN xidmət" mərkəzi könüllüləri “Yer üzündə gördüyünüz hər şey qadın əsəridir” adlı konsert keçirib

Sumqayıt "ASAN xidmət" mərkəzinin könüllüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Yer üzündə gördüyünüz hər şey qadın əsəridir” adlı konsert keçirib.

ASAN Radio xəbər verir ki, tədbirdə 40-a yaxın könüllü iştirak edib. “Bəxtiyar” filminin ssenarisi əsasında hazırlanan konsertdə istedadlı könüllülərin ifasında mahnılar, eləcə də  bir-birindən maraqlı rəqslər və səhnəciklər nümayiş etdirilib. Tədbirin sonunda könüllülər  “Ey ASAN” mahnısını ifa ediblər. Tədbirin ssenari müəllifi ASAN xidmət mərkəzinin əməkdaşı Aysel Abbaslı bütün xanımları Bayramları münasibəti ilə təbrik edib.

Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru Ramal Sabirli konsertin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinə, Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyinə, İdeal  Korreksiya və İnkişaf mərkəzinə, o cümlədən,  Reduco Təhsil mərkəzinə dərin təşəkkürürnü bildirib.  Sonda konsertdə əməyi olan hər kəsə Dövlət Agentliyinin adından təşəkkürnamələr təqdim edilib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio