USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Misirin əl-Əzhər Universitetində Azərbaycan dili tədris olunur

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə və Ayn Şəms universitetlərindən sonra əl-Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ASAN Radioya bildiriblər ki, Universitetin humanitar fənlər fakültəsinin “Türk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin üzvü İnarə Osmanova tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti, eləcə də Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 100-dən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. S.Nəsirov bu müraciət əsasında tələbələr üçün yaxın vaxtlarda Qahirədəki diaspor mərkəzində Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.

Əl-Əzhər Universitetinin humanitar fənlər fakültəsinin məsul şəxsləri ilə görüşən S.Nəsirov Azərbaycan dilinin tədrisi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. O, həmçinin fakültənin kitabxanasına Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə dair kitablar, həmçinin Ermənistanın təcavüzünü, 20 Yanvar faciəsini, Xocalı soyqırımını əks etdirən jurnallar hədiyyə edib.

975–ci ildə təsis olunmuş əl-Əzhər Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

Qeyd edək ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi ilə birgə fəaliyyət göstərir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!