USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Polad Bülbüloğlu Rusiya prezidentliyinə namizəd Putinə dəstək aksiyasına qatılıb

“Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması və bu ölkənin uğurla inkişaf etməsidir”.

APA-nın Moskva müxbirinin ASAN Radioya verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Humanitar İqtisad Universitetində təşkil olunmuş Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyasında bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsindən danışan diplomat iki ölkə arasında bütün sahələrində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: "Bu il həm Azərbaycanda, həm də Rusiyada seçki ilidir. Bizim ölkələrimizdə siyasi atmosferi ənənəvi olaraq prezidentlər yaradır. Seçki həm Rusiya, həm də Azərbaycan üçün yeni hadisədir. 27 il tarix üçün kiçik müddətdir. Müddət keçdikcə, insanlar seçkilərdə iştirak etməyin vacibliyini vətəndaşlıq borcu kimi dərk edirlər. Rusiya mənim üçün yad ölkə deyil. Ömrümün, cavanlığımın böyük bir hissəsi Moskvada keçib. Ona görə də, hamını seçkilərdə iştirak etməyə çağırmağı özümə borc bilirəm. Əminəm ki, müdrik Rusiya xalqı düzgün seçim edəcək".

Universitetin rektoru Vaqif Bayramov isə çıxışında ölkə üzrə seçicilərin çoxluğunu gənclərin təşkil etdiyini söyləyib: "Universitet tələbələri arasında ilk dəfə prezident seçkilərində səs verəcək gənclər var. Onlar seçkidə iştirak edərək öz gələcəklərinə səs vermiş olacaqlar".

Konfransda çıxış edən Vladimir Putinin seçkilərdəki səlahiyyətli nümayəndəsi, professor Sergey Kandıboviç bu il keçiriləcək prezident seçkilərində 7 milyon gəncin ilk dəfə səs verəcəyini söyləyib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev gənclərin seçkilərdə iştiraka hazırlığının vacibliyini vurğulayıb. O, AMOR üzvü olan gəncləri seçkilərdə iştiraka və Vladimir Putinə səs verməyə çağırıb.

Daha sonra universitetin tələbələri məruzələrlə çıxış ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio