USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Nazir müavini: "Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq"

"Artıq 3 aydır ki, Vergilər Nazirliyi yoxlamaları müvəqqəti olaraq dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir".

ASAN Radio APA-ya istinadla xəbər verir ki, bunu vergilər nazirinin müavini Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və  səmərəliliyinin artırılmasıdır: "Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq. Hazırda vergi inzibatçılığı elə bir səviyyədədir ki, vergi orqanları yüksək elektronlaşdırma nəticəsində məsafədən idarəetmə metodu ilə riskli vergi ödəyicilərini aşkar edə bilir, ona görə də təsərrüfat fəaliyyətlərində problemləri olan, uçot işlərini düzgün qurmayan və riskli hesab edilən vergi ödəyiciləri qanunvericiliyin tələblərinə daha ciddi riayət etməlidirlər. Gələcəkdə yoxlamalar və sanksiyalarla üzləşməmək üçün sahibkarlar öz fəaliyyətlərindəki qanun pozuntularını aradan qaldırmalıdırlar. Qanunun tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio