USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Martın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Habil Əliyev adına musiqi məktəbində rayon sakinləri ilə görüş keçirib. 

ASAN Radio xəbər verir ki, Ağdaş rayon icra hakimiyyətinin başçısının müavini Aynur Novruzova qeyd edib ki, tibbi xidmətlərin Ağdaş rayon sakinlərinin hər biri üçün əlçatan olması və  icbari tibbi sığortanın tətbiqi ilə bağlı çevikliyin artırılması üçün zəruri olan bütün mexanizmlər prezidentin müvafiq Fərmanında öz əksini tapıb.

Ağdaş rayonunda keçirilən tədbirlərdə Agentliyin əməkdaşları Sadiq Mədətov və Tural Qulu icbari tibbi sığortanın əhəmiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış ediblər. Çıxışçılar icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, Azərbaycanda universal və dayanıqlı tibbi sığorta modelinin tətbiqini Agentliyin əsas prioriteti olduğunu vurğulayıblar.  

Bununla yanaşı, tədbir iştirakçılarına baza zərfi çərçivəsində təminat verilən 1829 adda tibbi xidmətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, pilot layihə çərçivəsində təminat verilən tibbi xidmətlərdən 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Tədbirlərin sonunda agentliyin əməkdaşları əhalini maraqlandıran sualları cavablandırıblar.

Əhalinin məlumatlandırılması məqsədi ilə keçirilən tədbirlərdə bukletlər paylanılıb, posterlər vurulub.

Qeyd olunmalıdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon icra hakimiyyəti ilə birlikdə mart və aprel ayları ərzində əhali ilə maarifləndirici görüşlərin keçirilməsini nəzərdə tutub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!