26/09/2018 14:19

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9996 0.0259 0.2754


Dövlət xidmətləri

Əfqanıstan İslam Respublikasının nümayəndəsi "ASAN xidmət"lə tanış olub


14.03.2018   16:50


14 mart 2018-ci il tarixində Əfqanıstan İslam Respublikasının Maliyyə nazirinin gömrük və gəlir məsələləri üzrə müavini Nəcibulla Vardak “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

ASAN Radio Dövlət Agentliyinə istinadla xəbər verir ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 20 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.




Xəbər lenti

26 Sentyabr
25 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook