USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov: Qərara gəldik ki, hər il görüşək

"Buna qədər üçtərəfli görüşlər olurdu. Görüşlər Xarici İşlər Nazirlikləri və digər nazirliklər arasında həyata keçirilirdi. Lakin son görüşdən sonra üçtərəfli format bir qədər dəyişdi. Əlaqələri inkişaf etdirmək üçün Cənub- Qərb nəqliyyat dəhlizi də olmalıdır. Hindistanın, hətta Vyetnamın bu bölgəyə marağı barədə fikirlər səsləndirilir".

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmməryarov əməkdaşımızın XİN rəhbərlərinin dördtətərfli görüşünün yekunları və Cənub- Qərb nəqliyyat dəhlizinin potensialı barədə sualını cavablandırarkən deyib.

Nazir bildirib: "Artıq Bakı-Tbilisi-Qars dəmiryolu mövcuddur. Cənubi Avropadan Asiya bölgəsinə yüklərin daşınması daha az vaxtda aparıla bilər. Rəşt-Astara dəmiryolunun tikintisi barədə qərarlar verilib. Tikinti 3 ilə başa çatmalıdır. Qalan hissəsi tikiləndən sonra dəmiryolları şəbəkəsi yaradılacaq. Qərara gəldik ki, prosesin davam etməsi üçün hər il görüşək".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin birinci görüşü keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!