USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev Paraqvay Respublikası Senatının sədrini qəbul edib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

ASAN Radio xəbər verir ki, Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirdi və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. Paraqvay Senatının sədri vurğuladı ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi uçun də yaxşı bir platformaya çevrilir.

 

Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu dedi.

 

Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi.

 

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi. Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olundu, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulandı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!