USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Artur Rasizadə: "Ermənistan qeyri-konstruktiv mövqe tutaraq, münaqişəni uzatmağa çalışır"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyidir.

ASAN Radionun məlumatına görə, bunu Azərbaycanın Baş naziri Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.

O qeyd edib: "Dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir dönüşə nail olunmayıb".

A.Rasi-zadə bildirib ki, bunun əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemin həllini hər cəhdlə uzatmağa çalışmasıdır.

Baş nazir vurğulayıb ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik nəzarətdə saxlayır, bütün beynəlxalq tədbirlərdə və görüşlərdə problemin hüquqi müstəvidə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir: “Münaqişənin həllinin sülh danışıqları ilə yanaşı, hərb variantının mümkünlüyünü də nəzərə alaraq Ali Baş Komandanın rəhbərliyi ilə biz hərbi gücümüzü durmadan artırır, ordunun maddi-texniki bazasını möhkəmləndirir, müasir silah və sursatla təminatına xüsusi diqqət yetiririk”.

A.Rasi-zadə qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində erməni təxribatının qarşısının qəhrəmanlıqla alınması ordunun hərbi hazırlığının ildən-ilə artdığını bir daha əyani nümayiş etdirdi: “Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən müdafiə sənayesi kompleksi yaradılıb və müdafiə sənayesinə ayrılan vəsaitin məbləği 13.5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!