Martın 16-da UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atılıb.
ASAN Radio xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib. Püşkatmada üç ispan, iki ingilis, iki italyan və bir alman klubu vəsiqə qazanıblar. Püşkü Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenko çəkib.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Barselona” (İspaniya) - “Roma” (İtaliya)
“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) - “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
İlk oyunlar aprelin 3-4, cavab qarşılaşmaları isə aprelin 10-11 olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-cü İsveçrənin Nyon şəhərində keçiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!