USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazir Binəli Yıldırım: Türkiyə hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib

Baş naziri Binəli Yıldırım Türkiyədə gəzintidə olan bir qrup azərbaycanlı, eləcə də türkiyəli şəhid övladı ilə martın 19-da Çankaya köşkündə görüşüb.

ASAN Radio xəbər verir ki, şəhid övladlarını səmimiyyətlə salamlayan Türkiyə hökumətinin başçısı onların qəhrəman ataları ilə bağlı hisslərini xoş sözlərlə ifadə edib. Baş nazir Binəli Yıldırım deyib: “Azərbaycan-Türkiyə münasibətlərinin təməlində “bir millət, iki dövlət” prinsipi və qardaşlıq vardır. Bu layihə əlaqələrimizin inkişafı üçün özünəməxsus təsirə malikdir. Türkiyə hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün əlimizdən gələni etmişik və edəcəyik. Ermənistanın işğalçılığının tam şəkildə aradan qaldırılması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, o cümlədən qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması haqqın və ədalətin bərpa olunması üçün mühüm şərtdir”. Baş nazir, həmçinin bir neçə gün əvvəl keçirilən VI Qlobal Bakı Forumunda iştirakı, paytaxtımızda keçirdiyi görüşlər və Azərbaycana səfərinin xoş təəssüratlarından danışıb.

Türkiyə hökuməti adından şəhid övladlarına ziyafət və hədiyyələr verilib.

Baş nazir Binəli Yıldırım uşaqlarla xatirə şəkli çəkdirib.

Sonda Türkiyə hökumətinin başçısına Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən portret hədiyyə olunub.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Öznur Çalık və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilən “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin təşkilatçısı Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi, himayədarı isə Türkiyə Nazirlər Kabinetinin Tanıtma Fondudur.

Azərbaycanlı şəhid uşaqların Türkiyədə gəzintisi martın 27-də başa çatacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!