USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan-Makedoniya oyununda qalib müəyyənləşməyib

Martın 27-də Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.

ASAN Radio xəbər verir ki, Antalyadakı “Mardan” stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində Namiq Ələskərova qarşı kobud oyuna görə, Makedoniya millisinin qapısına təyin olunmuş penalti zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək millimizi hesabda önə çıxarıb.

Matçın 22-ci dəqiqəsində isə baş hakim Halis Özkahya bu dəfə millimizin qapsına penalti təyin edib. Makedoniyalı futbolçu Aleksandar Traykovski hesabı bərabərləşdirib.

Komandaların cəhdlərinə baxmayaraq matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə isə qapılara top vurulmayıb. Beləliklə, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, cari ildə millimiz baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında üçüncü oyununu keçirib. Yanvarda Antalyada Moldova ilə təşkil olunan yoldaşlıq oyununda qolsuz heç-heçə qeydə alınsa da, martın 23-də Bakı Olimpiya Stadionunda təşkil olunan yoldaşlıq görüşündə futbolçularımız Belarus yığmasına 0:1 hesabı ilə uduzublar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!