Mərkəzi Ordu İdman Klubundan ASAN Radioya bildiriblər ki, "MOİK" Peşəkar Futbol Klubunun baş məşqçisi Ramil Vaqif oğlu Əliyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.
"MOİK" Peşəkar Futbol Klubunun yeni baş məşqçisi təcrübəli məşqçi Azər Bağırov olacaq. Eyni zamanda “MOİK”-in rəhbərliyi və kollektivi Ramin Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edir, tezliklə şəfa tapraq sağlamlığına qovuşmasını arzulayır.
Yeni baş məşqçi Azər Bağırova isə işində uğurlar diləyir və komandanın onun rəhbərliyi ilə də uğurlar qazancağına ümid edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!