Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert keçirilib. ASAN Radio bildirir ki, konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.
ADMİU-nun xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, S.Rüstəmovun, S.Ələsgərovun, T.Quliyevin, R.Mirişlinin, E.Sabitoğlunun, Ə.Tağıyevin və digər bəstəkarların əsərlərindən ibarət musiqi çələngi tamaşaçılara təqdim edilib.
Konsert mədəniyyət xadimləri, ADMİU-nun müəllim və tələbələr heyəti, həmçinin xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bugün Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Şəmşir şeiri” adlı konsert keçiriləcək.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!