USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qida Təhlükəsizliyi Agentliyi ASAN Radio ilə əməkdaşlığa başlayır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ASAN Radio ilə əməkdaşlığa başlayır. Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olan, əhalinin sosial və hüquqi sahədə maariflənməsinə daim dəstək verən ASAN Radio AQTA-nın geniş maarifləndirmə layihələrinin də iştirakçısına çevriləcək.

Əməkdaşlıq proqramı çərçivəsində ilk addım olaraq, bu ilin aprelin 4-dən başlayaraq, saat 17:05-də ASAN Radionun efirində AQTA-nın xüsusi radio verilişinin yayımlanması planlaşdırılıb. Hər həftə yayımlanacaq bu proqram dinləyiciləri Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri haqqında ən geniş və səhih informasiya ilə təmin edəcək.

ASAN Radioda efirə gedəcək verilişdə dinləyicilər qida təhlükəsizliyi ilə bağlı onları maraqlandıran bir sıra suallara cavab tapacaq. Belə ki, sertifikatlaşdırma, müəssisələrin qeydiyyata alınması qaydaları, qida təhlükəsizliyi anlayışı, qida zənciri halqaları, “tarladan süfrəyə” qida məhsullarının hərəkətinin izlənilməsi, qida təhlükəsizliyini təmin etmək məqsədilə gözlənilən gigiyenik-sanitar norma və qaydalar, rasional qidalanma və s. haqqında geniş və faydalı məlumatlar, sadə və aydın dildə dinləyicilərə çatdırılacaq.

Qeyd olunub ki, AQTA qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

AQTA 2018-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!