USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula 1 Azərbaycan Qran-Prisinin sonuncu günündə məşhur DJ Martin Solveig çıxış edəcək

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 29-da Dua Lipanın konsertindən sonra məşhur DJ Martin Solveig səhnəyə çıxaraq əyləncəsevərlərə maraqlı gecə təqdim edəcək.

ASAN Radio xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Crystal Hall”da təşkil olunacaq.

Paris əsilli musiqiçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazanıb. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir. Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənilən trek adına sahiblənib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki DJ Solveig ilə birlikdə yenidən aranjeman edib. Həmçinin Martin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib.

Solveig çoxyönlü sənətçi kimi məşhurluq zirvəsini fəth etməkdədir. Bir neçə həftə əvvəl sənətçi bildirib ki, 2018-ci ilin sonu işıq üzü görəcək yeni albomunun üzərində işlərə başlayıb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Martin Solveigin Bakıya gəlişinə belə münasibət bildirib: “Bu il Azərbaycan Qran-Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Martin Solveig kimi istedadlı və dünyaca məşhur DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Onun uzun illərdir elektron rəqs musiqisinə olan təsiri inanılmazdır. Formula 1 həvəskarları üçün yalnız bir biletlə həm Dua Lipanın konsertində, həm də əyləncə proqramında iştirak imkanını yaratmağımız fəxr etdiyimiz nüanslardan biridir. Yarış müddətində Bakıda hər gecə səhərədək əyləncə olacaq. Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm”.

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində, həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən “Qızıl dairə” zonası üçün 50, digər yerlər üçünsə 30 manat təşkil edir. Bu biletə sahib olanlar “Crystal Hall”a saat 23:00-dan etibarən buraxılacaqlar.

Qeyd edək ki, bütün tamaşaçıların Bakı şəhər halqasından “Crystal Hall”a rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!