USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ADA” Universitetində kəşfiyyatçı zabitin döyüş yolu xatırlanıb

Aprel döyüşlərində böyük şücaətlər göstərmiş polkovnik-leytenant Raquf Orucov ən zəngin döyüş bioqrafiyası olan hərbi hissə komandirlərindən biri idi. Onun düşmən arxasında həyata keçirdiyi bir neçə xüsusi əhəmiyyətli əməliyyatlar hərb tariximizdə özünəməxsus yer tutur. Təsadüfi deyil ki, hələ sağlığında ikən onu əfsanəvi qəhrəman, “Murov qartalı” hesab edirdilər. Kəşfiyyatçı zabit şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görülüb.

Cəsur kəşfiyyatçının ən böyük arzularından biri övladlarının diplomat təhsili alıb Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırması idi. R.Orucov şəhidliyə qovuşandan sonra oğlu Aqşin onun bu arzusunu həyata keçirmək istəyib və hazırda “ADA” Universitetində təhsil alır.

ASAN Radio xəbər verir ki, bu barədə “ADA” Universitetinin Tələbə Şurası və “Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə danışılıb.

“ADA” Universitetində keçirilən tədbirdə Tələbə Şurasının sədri Qoşqar Qədimbəyli, qəhrəmanın oğlu Aqşin Orucov, Milli Məclisin deputatı Qənirə Paşayeva Aprel döyüşlərinin əhəmiyyətindən və həmin döyüşlər zamanı xüsusi rəşadət nümunəsi göstərən Raquf Orucovun igidliyindən bəhs ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!