USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İranın Ali Lideri ABŞ, Fransa və Böyük Britanıyanın dövlət başçılarını cani adlandırıb

Böyük Britaniyanın Baş naziri, ABŞ və Fransa prezidentləri canidirlər.

Bu sözləri aprelin 14-də İranda akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə görüşən Ali Lider Seyid Əli Xamneyi deyib. O bildirib ki, bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhərini bombalayanlar heç nə əldə edə bilməyəcəklər. Müxtəlif bəhanələrlə müstəqil dövlətlərin işinə qarışmaq beynəlxalq hüquqa ziddir.

İranın Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilir ki, ABŞ Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etməsini iddia edərək Dəməşqi bombalayıb. Lakin kimyəvi silahın istifadəsinə dair heç bir sübut təqdim etməyib. Bəyanatda bildirilir ki, ABŞ-ın suveren dövləti müxtəlif bəhanələrlə bombalaması cavabsız qalmayacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ, Fransa və Böyük Britaniyanın hərbi təyyarələri Suriyanın paytaxtı Dəməşq şəhərini bombardman ediblər.

İran mətbuatının verdiyi xəbərlərə görə, bombardman nəticəsində mülki əhali arasında ölənlər olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!