USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Polad Bülbüloğlu: "Rus dilinin təbliği gücləndirilməlidir"

"Rus dili postsovet məkanını birləşdirən sementdir. Qeyd etməliyəm ki, rus dilinin bizim ölkələrdə təsiri çox böyükdür. Konkret olaraq bizim ölkəni, Azərbaycanı göstərə bilərəm. Azərbaycanda kifayət qədər sanballı rus dilli saytlar var, onlar oxunan saytlardır. Ölkəmizdə fəaliyyət göstərən informasiya agentliklərinin rus versiyaları fəaliyyət göstərir".

APA-nın Moskva müxbirinin ASAN Radioya verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən Rusdilli Yayımçıların Beynəlxalq Forumunda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğlu bildirib.

Azərbaycanda rus dilinin tədrisinin səviyyəsinin yüksək olduğunu vurğulayan diplomat ölkədə 300-dən çox orta məktəbdə rus dilinin tədris olunduğunu söyləyib: "Praktiki olaraq bütün ali məktəblərin rus dilli bölməsi var. Bundan başqa Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları fəaliyyət göstərir. Ona görə də Azərbaycanda rus dilli məkanın olduqca geniş seqmenti və böyük təsiri var. Mən, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri kimi, bir vacib məsələni qeyd etmək istəyirəm. Bu, rus dilinin keyfiyyəti məsələsidir. Təəssüflər olsun ki, radiolarda səslənən rus dilinin keyfiyyəti aşağıdır. Fikrimcə, bu gün keçirilən beynəlxalq forumda qaldırılan əsas məsələlərdən biri məhz rus dilinin keyfiyyəti məsələsi olmalıdır. Mənə elə gəlir ki, postsovet ölkələri rus dilinin təbliğinin gücləndirilməsində dəstəyə  ehtiyacı duyur. Bütün dünyada British Counsil ingilis dilinin təbliğatı ilə məşğuldur, eyni ilə Höte İnstitutu alman dilini təbliğ edir. Hesab edirəm ki, rus dilinin təbliğinə da diqqəti gücləndirmək lazımdır. Gənc nəslin rus dilinə marağını artırmaq lazımdır ki, onlar bu dili öyrənsinlər. Bu çox ciddi problemdir".

Qeyd edək ki, Rusdilli Yayımçıların Beynəlxalq Forumunun açılışında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və əlaqələri komitəsinin sədri Leonid Levin və digərləri çıxış ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!