USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzi və “ADA” Universiteti  əməkdaşlıq edir

Beynəlxalq Muğam Mərkəzi “ADA” Universiteti ilə əməkdaşlığa başlayaraq xarici tələbə və peşəkarlar üçün içərişəhərdəki “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili və mədəniyyəti” tədris kursu çərçivəsində mədəniyyətimizin təbliği səylərinə qoşulub. ASAN Radio bildirir ki, kurs müddətində iştirakçılar üçün bir sıra tədbirlər təşkil edilib, o cümlədən, Novruz bayramında Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklər və beynəlxalq şirkətlərin əməkdaşları üçün muğamat konserti keçirilib.  Konsertdə Muğam Televiziya Müsabiqəsinin qalibləri olan ifaçılar muğam parçaları,təsniflər və xalq mahnıları səsləndiriblər.

Almaniyanın Giessen Universitetindən Azərbaycana səfərə gəlmiş, türkologiya üzrə magistr və doktorantura tələbələri isə “ADA” Universiteti və Beynəlxalq Muğam Mərkəzinin onlar üçün təşkil etdiyi “Azərbaycan muğamı və alman musiqisi Azərbaycan milli musiqi alətlərində” adlı konsert proqramında Azərbaycan musiqiləri ilə yanaşı görkəmli alman bəstəkarlarının əsərlərini də tar və kamançada dinləmək imkanı əldə ediblər. 

“ADA” Universiteti və Beynəlxalq Muğam Mərkəzi “Ədibin Evi”ndə Azərbaycan musiqisinin və mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin genişləndirilməsini nəzərdə tutur.İçərişəhərdə yerləşən “Ədibin Evi” görkəmli Azərbaycan yazıçısı və alimi Mir Cəlalın 1929-1941-ci illərdə yaşadığı evdir və 2017-ci ildən Azərbaycan dilini, mədəniyyətini və ədəbiyyatını təbliğ edən yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!