USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ətraf mühit üçün birlikdə: Ağacəkmə aksiyasına sən də qoşul!

Ümumdünya ətraf mühit günü münasibətilə Azərbaycandan 20 Gənc Avropa Səfiri iyun ayının 4-ü və 5-i Bakıda ağacəkmə tədbirləri həyata keçirəcəklər. ASAN Radio xəbər verir ki, onlar Bakı şəhəri 23 və Ağdam rayonunun 81 saylı köçkün tam orta məktəblərin şagirdlərinə ətraf mühitin qorunması haqqında seminar keçəcək, növbəti gün isə məktəbdə ağacəkmə aksiyası həyata keçirəcəklər. 

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindən olan Gənc Avropa Səfirləri ümumdünya ətraf mühit günü (5 iyun) çərçivəsində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bir sıra aksiyalar həyata keçirəcəklər. Aksiyalar 2018-ci ilin 2 və 10 iyun tarixləri arasında baş tutacaq və əsasən ağacəkmə kompaniyaları, Avropa İttifaqının ətraf mühitin qorunmasında rolu haqqında maarifləndirmə tədbirləri, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində ətraf mühitə dost münasibətin təşviqatı ilə bağlı olacaq. Bu tədbirlərin yerli auditoriyaya, xüsusilə də məktəblilərə, QHT-lərə və universitet tələbələrinə ünvanlanması nəzərdə tutulur. 

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” layihəsi gənclərlə işə xüsusi önəm verir. Bu səbəbdən də, qeyd edilən layihə çərçivəsində “Gənc Avropa Qonşuları” şəbəkəsi və 2016-cı ilin iyun ayında “Gənc Avropa Səfirləri” təşəbbüsü yaradılmışdır. Bu təşəbbüs Avropa İttifaqına üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələrindən olan (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşıyır. 

Gənc Avropa Səfirləri şəbəkəsi Aİ ilə bağlı qarşılıqlı ideya və informasiya mübadiləsini asanlaşdıran bir onlayn platforma olmaqla yanaşı, gənclərin öz fəaliyyət imkanlarını daha da genişləndirməyə təşviq edir. Bu təşəbbüs Aİ haqqında daha dərin bilgi əldə etməyə və onun Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətləri ətraflı öyrənməyə töhvə verəcək insanlarası əlaqə və dialoqyönümlü fəaliyyətlərə əsaslanır. 

Ətraflı məlumat üçün əlaqə: Nuriyyə Həsənova (+994507657751, [email protected])

Şeyda Kərimova (+994506051486, [email protected])

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!