USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hyustonda AXC-nin 100 illiyi qeyd edilib

Mayın 31-də ABŞ-ın enerji paytaxtı sayılan, ABŞ-ın ən böyük şəhərlərindən olan və çoxsaylı Azərbaycan icmasının yaşadığı Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən ASAN Radioya verilən məlumata görə, tədbir Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiyasiyası və Hyuston Birləşmiş Millətlər Assosiyasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin çoxsaylı qonaqları sırasında Texas ştatında akkreditə olunan xarici diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan, Yəhudi, Pakistan, Türk icmalarının nümayəndələri və Texas ştatının bir sıra nüfuzlu ictimai və dövlət xadimləri iştirak edib.

Tədbirdə Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiyasiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri  İradə Axundova çıxış edərək 1976-cı ildən fəaliyyət göstərən Assosiyasiyanın yaranma tarixi və 42 il ərzində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Hyustonla Qardaşlaşmış Şəhərlər Assosiyasiyasının prezidenti Harri Gi öz çıxışında bayram münasibəti ilə Azərbaycan icmasını təbrik edib və Hyuston şəhərinin xarici əlaqələri barədə məlumat verib.

Daha sonra Birləşmiş Millətlər Assosiasiyasının rəhbəri Daniel Stoeker çıxış edərək, ABŞ-Azərbaycan əməkdaşlığı barədə söz açıb və bu əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Amerika Yəhudi Komitəsinin Hyuston şəhəri üzrə Regional direktoru Randall Çarlinski Azərbaycanda millətlər və dinlər arası tolerantlıq barədə məlumat verərək, Azərbaycanın regionda İsrail və ABŞ-ın ən etibarlı tərəfdaşı olduğunu bildirib. 2017-ci ildə Texas ştatında baş vermiş “Harvi” qasırğası nəticəsində dağıntıya məruz qalmış Beth Yeşurun sinaqoqunun bərpasında Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyindən danışaraq göstərilmiş köməkliyə görə minnətdarlığını ifadə edib.

Azərbaycan icması adından çıxış edən Gülər Ələkbərova tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verib. Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan-ABŞ əlaqələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Hyuston şəhərinin bu əlaqələrin inkişafında xüsusi rolunun olduğunu qeyd edib. Bugünkü Azərbaycanın 1918-ci ildə yaradılmış AXC-nin müstəqillik ideyasının təcəssümü olduğunu bildirib. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycanın müstəqil siyasətinin hal-hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Aparılan müdrik siyasət nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş və tolerantlıq məkanı kimi tanındığını bildirib. Azərbaycanın bu gün uğurlu dövlət olduğunu, lakin dövlətimizin keçdiyi yolun asan olmadığını qeyd edərək, müstəqilliyinin bərpasının ilk  günlərindən Ermənistanın hərbi təcavüzünə məruz qalması barədə tədbir iştirakçılarına məlumat verib. Hərbi təcavüz nəticəsində bir milyondan çox insan öz doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hazırda regionun lider dövləti olduğunu qonaqların diqqətinə çatdırıb. Səfir cari ilin 29 may tarixində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsinin Bakıda rəsmi açılış mərasiminin keçirildiyini qeyd edib və bu tarixi hadisə barədə qonaqlara ətraflı məlumat verib.

Tədbirin sonunda pianoçular Cəmilə Cavadova, Təranə Teylor və onların tələbələri tərəfindən bu il 100 illiyi qeyd edilən bəstəkar Qara Qarayevin əsərləri ifa edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!