USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dünya çempionatı ilə əlaqədar nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək - Audio

İyunun 5-9-da Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ASAN Radioya bildirib ki, Səbail rayonunda Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilərək hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub. Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədilə yol iki hissəyə bölünməklə sürət həddi saatda 30-50 kilometr müəyyənləşib. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və hərəkət istiqamətverici xətlərlə tənzimlənir. Səbail rayonunun “Şıx sahəsi” ərazisində, “Dostluq parkı”nda yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülərək polis əməkdaşları tərəfindən mühafizə olunur.

“Qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyə olunur. Bibiheybət məscidindən şimal istiqamətində süni sıxlığın yaranmaması üçün “20-ci sahə” dairəsindən dağüstü yolla – Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III Kənar dairəvi yolla, şimaldan paytaxt mərkəzinə doğru hərəkət edənlər Lökbatan dairəsindən III Kənar dairəvi yolla Yasamal rayonu ərazindən həmin yolla hərəkət edə bilər.

Dünya çempionatının yüksək təhlükəsizlik səviyyəsində təşkili və keçirilməsi məqsədilə hazırlıq işlərinin gedişi, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər planlı və qrafikə uyğun davam etdirilir.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”, - deyə V.Əsədov bildirib.

Səs yazısını buradan dinləyin:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!